Qazınız kəsiləcək DİQQƏT

Noyabrın 25-də saat 10:00-dan 18:00-dək "Qaz İxrac" İdarəsinin Abşeron magistral qaz kəmərləri sahəsinin "Şimal DRES", Siyəzən magistral qaz kəmərləri sahəsinin "Giləzi", Ağdam magistral qaz kəmərləri sahəsinin "Qaradəmirçi", eləcə də Qazax magistral qaz kəmərləri sahəsinin "Dondarquşçu" və "Alabaşlı" qazpaylama stansiyalarında, həmçinin bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq. SİA-nın Dövlət Neft Şirkətinə (SOCAR) istinadən verdiyi xəbərə görə, təmir işlərinin Bakının Xəzər rayonunun Mərdəkan və Şüvəlan qəsəbələrinin, eyni zamanda Tovuz, Göygöl, Bərdə, Samux, Şəmkir, Xızı və Siyəzən rayonlarının bir hissəsinin qaz təchizatına təsir göstərməsi mümkündür.

Bütün xəbərlər Facebook səhifəmizdə