Gənc botaniklər BMT-nin təlimində iştirak ediblər

Gənc botaniklər BMT-nin təlimində iştirak ediblər

AMEA Botanika İnstutunun və Mərkəzi Nəbatat Bağının gənc mütəxəssisləri Xanım Həsənova, Jalə Dənziyeva, Cəmilə Bayramova və Aytən Hacıyeva Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (BMTİP) tərəfindən təşkil olunmuş bitki örtüyünün öyrənilməsi və inventarizasiyası üzrə təlim seminarında iştirak ediblər. Qurumun mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, təlim beynəlxalq və yerli ekspertlər tərəfindən "Böyük Qafqaz Landşaftında Torpaq və Meşələrin Davamlı İdarə Olunması" və "İqlim Dəyişkənliklərində Ekosistem əsaslı Yanaşma" layihələri üzrə həyata keçirilib. Bir həftəlik təlim müddətində iştirakçılar seçilmiş pilot rayon (İsmayıllı) ərazisində otlaqların monitorinqi və inventarlaşma metodologiyalarının qiymətləndirilməsi üzrə müəyyən praktiki təcrübəyə yiyələniblər. Bütün iştirakçılara sertifikat təqdim olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə