"Mən Azərbaycanı tanıyıram”

23 noyabr tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının təşkilati dəstəyi ilə keçirilən "Mən Azərbaycanı tanıyıram" adlı layihənin açılış mərasimi keçirilib. SİA-nın xəbərinə görə, açılışda qonaqları salamlayan layihə rəhbəri Nigar Süleymanlı bildirib ki, "Mən Azərbaycanı tanıyıram" layihəsi ali təhsil müəssisələrində təhsil alan əcnəbi tələbələr arasında ölkəmizin tarixinin, mədəniyyətinin, milli dəyərlərinin təbliği və əcnəbi tələbələrin ölkəmiz haqqında məlumatlılığının araşdırılması məqsədini daşıyır: "İlkin mərhələdə ali təhsil müəssisələrində təhsil alan əcnəbi tələbələr arasında intellektual yarışlar keçiriləcək. Həmin yarışların qalibləri yarımfinala, daha sonra qaliblər final mərhələsinə yüksələcəklər. Yarışda iştirakçılara təqdim olunan suallar Azərbaycanın tarixi, coğrafiyası, mədəniyyəti və milli dəyərlərini əhatə edəcək".

Bundan əlavə, layihə çərçivəsində əcnəbi tələbələrlə yerli tələbələri bir araya gətirərək birgə diskussiyaların aparılması da qeyd edildi.

Bütün xəbərlər Facebook səhifəmizdə