Əli Əhmədov: “Eyni tərkibdə müxtəlif adlarda dərman preparatları satışda var”

Əli Əhmədov: “Eyni tərkibdə müxtəlif adlarda dərman preparatları satışda var”

"Bəzi adda dərman preparatlarının tapılmasında müəyyən çətinliklər var. Amma bu və ya digər xəstəliyin müalicəsi üçün lazım olan dərmanların çatışmadığı anlamına gəlməməlidir. Çünki eyni tərkibə malik müxtəlif adlarda dərman preparatları var". SİA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Baş nazirin müavini Əli Əhmədov deyib.

Baş nazirin müavini qeyd edib ki, sadəcə vətəndaşlar, həmçinin də həkimlər müəyyən adda dərmanlarla işləməyə öyrəşdikləri üçün bu məsələdə çətinlik çəkirlər: "Güman edirəm ki, məsələ ilə ciddi məşğul olacağıq. Əminliklə söyləyirəm ki, adları fərqli olan amma tərkib etibarı ilə eyni olan dərmanlar satışda var".

İntizarə Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə