Səlim Müslümov: “İnternat məktəbini bitirmiş 90 nəfər artıq mənzillə təmin olunub”

Səlim Müslümov: “İnternat məktəbini bitirmiş 90 nəfər artıq mənzillə təmin olunub”

"Heydər Əliyev Fondunun təşəbbüsü ilə internat məktəblərini bitirmiş kimsəsiz məzunlar üçün bir neçə ay bundan öncə Masazır qəsəbəsində 120 mənzilli ilk 13 mərtəbəli bina istifadəyə verilib. Həmin müddət ərzində Nazirlər Kabineti tərəfindən məzunların mənzillərdə yerləşdirilməsi qaydası təsdiq edilərək məzun evi sosial müəsissəsinin ştat cədvəli təsdiq olundu, xəzinə hesabı açıldı və lazımi işlər həyata keçirildi". SİA xəbər verir ki, bu fikirləri əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov jurnalistlərə açıqlamasında deyib.

Nazir qeyd edib ki, artıq ötən həftədən məzunların yerləşdirilməsi prosesi başlayıb. İnternat məktəbini bitirmiş, hər iki valideyni olmayan 90 nəfər artıq mənzillə təmin olunub: "Bundan başqa daha iki binanın tikintisi nəzərdə tutulub ki, onlardan birinin 6-cı mərtəbisinin inşası gedir. Bu istiqamətdə görülən bütün işlər bir daha onu göstərir ki, Cənab Prezidentin tapşırığı ilə dünyada analoqu olmayan prosesə start verilib. Bir daha Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın Birinci xanımı Mehriban Əliyevaya dərin təşəkkürümüzü bildiririk. Azərbaycanda ilk sosial evlərin tikintisi böyük ictimai hadisədir".

İntizarə Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə