Böyük Britaniyada nəşr olunan "The Guardian" qəzeti dünyanı şoka salan videogörüntülər yayımlayıb. SİA-nın məlumatına görə, bu görüntülərdə Yunanıstan Sahil Mühafizə Xidməti əməkdaşının suriyalı qaçqınları batırmağa çalışdığı əks olunub. O, əlindəki iti uclu dəmirlə mühacirlərin olduğu hava ilə doldurulmuş qayığı deşməyə çalışır.
Hadisə noyabrın 12-də Egey dənizində baş verib. Baş verənlər Türkiyənin Sahil Mühafizə Xidmətinə məxsus gəmidən lentə alınıb. Məhz türk xilasedicilər yunanların qətl törətməyə bərabər olan bu davranışından sonra suriyalı mühacirləri xilas ediblər.
Qeyd edək ki, görüntülərin yayımlanmasından sonra Yunanıstanın hüquq-mühafizə orqanları faktla bağlı araşdırmalara başlayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB