Samuxda əlil və şəhid ailəsi üçün fərdi yaşayış evi tikilir

Bu evlərin ilin sonuna kimi təhvil verilməsi planlaşdırılır
Samuxda əlil və şəhid ailəsi üçün fərdi yaşayış evi tikilir

Samux rayonunda Qarabağ əlilləri və şəhid ailəsi üçün fərdi yaşayış evlərinin tikintisi Dövlət Proqramı əsasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə həyata keçirilir. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, tikinti bu ilin yanvar ayında başlayıb. Hazırda həmin evlərdə son tamamlama işləri gedir. Evlərin qapı, pəncərələri qoyulub, elektrik, su və istilik xətləri çəkilir. Noyabr ayının sonuna kimi bu işlərin də yekunlaşdırılması nəzərdə tutulur. Daha sonra isə otaqların suvanması və rənglənməsi işlərinə başlanılacaq.

2014-2018-ci illər Dövlət Proqramına əsasən Samux rayonunda növbədə olan 76 Qarabağ əlili və şəhid ailəsi evlə təmin olunacaq.

İlham Məmmədzadə

Bütün xəbərlər Facebook səhifəmizdə