Bu evlər ilin sonuna kimi təhvil veriləcək FOTO

Bu evlər ilin sonuna kimi təhvil veriləcək FOTO

Samuxda 3 Qarabağ əlili və 1 şəhid ailəsi üçün tikilən fərdi yaşayış evlərində son tamamlama işləri gedir. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, Samux rayonunda Qarabağ əlilləri və şəhid ailəsi üçün fərdi yaşayış evlərinin tikintisi Dövlət Proqramı əsasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə həyata keçirilir. Tikinti bu ilin yanvar ayında başlayıb. Hazırda həmin evlərdə son tamamlama işləri gedir. Evlərin qapı, pəncərələri qoyulub, elektrik, su və istilik xətləri çəkilir. Noyabr ayının sonuna kimi bu işlərin də yekunlaşdırılması nəzərdə tutulur. Daha sonra isə otaqların suvanması və rənglənməsi işlərinə başlanılacaq.

Qeyd edək ki, 2014-2018-ci illər Dövlət Proqramına əsasən Samux rayonunda növbədə olan 76 Qarabağ əlili və şəhid ailəsi evlə təmin olunacaq.

İlham Məmmədzadə

Bütün xəbərlər Facebook səhifəmizdə