Gənclər üçün Təhsil Mərkəzi regionlarda milli-mənəvi dəyərlərimizi təbliğ etmək məqsədilə gənclər arasında "Ədəbi Məclis" kampaniyasına başlayıb. Mərkəzdən SİA-ya verilən xəbərə görə, Quba rayonunda təşkil olunan Məclisin ilk görüşü çərçivəsində gənclərin rayon ziyalıları, ədəbiyyat xadimləri və digər tanınmış şəxslərlə görüşü keçirilib.
Tədbir çərçivəsində şəhər ziyalısı Rahib Alpanlının "Yaxşılığın göz yaşları" əsəri ilk dəfə ictimaiyyətə təqdim olunmuş, yazarın şerləri dinlənilmiş və gənclərin fikirləri öyrənilib.
Gənclər üçün Təhsil Mərkəzinin icraçı direktoru Fəxrəddin Həsənzadə "Ədəbi Məclis" kampaniyasının əhəmiyyəti barədə gəncləri məlumatlandıraraq, bu istiqamətdən görülən işlərin Mərkəz tərəfindən reallaşdırılan Azərbaycan Gənclərinin Maarifçilik Forumunun davamı olduğunu vurğulayıb. Bildirib ki, bu gün gənclərimizi əqli əməklə məşğul olan ziyalılarımızdan bəhrələnməli, onların maarifçilik ənənələrini davam etdirməlidirlər.
Daha sonra Rayon İcra Hakimiyyətinin və Rayon Gənclər və İdman İdarəsinin rəsmiləri də fikirlərini bölüşmüş, "Ədəbi Məclis"in rayon gəncləri üçün səmərəli olacağını qeyd ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB