ATGTİ gənc rəssamlar üçün yeni müsabiqə elan edir

ATGTİ gənc rəssamlar üçün yeni müsabiqə elan edir

Ölkənin və Regionun ən böyük tələbə təşkilatı olan Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) yaranmasının 6 illiyi münasibətilə gənc rəssamlar üçün "ATGTİ 6 ildə" adlı rəsm müsabiqəsini elan edir. SİA-nın məlumatına görə, müsabiqəyə təqdim olunan işlər ATGTİ və onun 6 illik fəaliyyətini, o cümlədən gördüyü işləri əhatə etməlidir.

Gənclər siyasətinin həyata keçirilməsinə tövhələr verən İttifaq ilə bağlı rəsm işlərinin sərgisinin keçirilməsi və iştirakçıların mükafatlandırılması ilə bağlı bütün məlumatlar ictimiayyətə veriləcək.

Müsabiqəyə qatılmaq istəyənlər rəsm işlərini 15 dekabr 2015-ci il tarixinədək ATGTİ-nin 28 may küç. 9/13 ünvanında yerləşən qərargahına gətirərək təqdim edə bilər. Müsabiqə ilə maraqlanan gənclər əlaqə və məlumat üçün İttifaqın rəsmi saytı olan atgti.az internet ünvanına müraciət edə bilər.

Qeyd edək ki, ATGTİ 20 noyabr 2009-cü ildə yaranmış, indiyədək bir çox yerli və beynəlxalq layihələr təşkil etmiş və yaradıcı gənclərin platformasına çevrilib.

Bütün xəbərlər Facebook səhifəmizdə