III Aleksandrın qəbri II Nikolaya görə açılır

III Aleksandrın qəbri II Nikolaya görə açılır

Rusiya imperatoru III Aleksandrın qəbri sabah açılacaq. SİA xəbər verir ki, bu barədə "rosbalt" informasiya agentliyi "interfax"a istinadən məlumat yayıb. Məlumata görə, mütəxəssislər III Aleksandrın qəbrini açmaqla, II Nikolayın və onun ailəsinin ölümü üzrə apardıqları dəqiqləşdirmələrdə yenilik əldə edəcəklərini düşünürlər. Belə ki, məqsəd çar ailəsinin genetik ekspertizasını aparmaqdır. Qeyd olunur ki, III Aleksandrın nəşi Moskvaya ekspertizaya göndəriləcək.

Qeyd edək ki, çar ailəsinin ölümü üzrə cinayət işinin yenidən başladılması tələbi ilə Rusiya pravoslav kilsəsi çıxış etmişdi.

Ekspertlər Petropavlovsk kisləsində II Nikolayın və onun arvadı Aleksandra Fyodorovnanın nəşlərini götürərək, onların üzərində ekspertiza aparıblar.

Rövşən Nurəəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə