Fövqəladə Hallar Nazirliyinin yaradılmasının 10 illik yubileyi münasibətilə 2015-ci il noyabrın 24-də Nazirliyin xilasetmə qurumlarının, həmçinin, Müdafiə Nazirliyi, Xüsusi Dövlət Mühafizə Xidməti, Dövlət Sərhəd Xidməti, Daxili İşlər Nazirliyi, Səhiyyə Nazirliyi, Dövlət Dəniz Administrasiyası və "BP" şirkətinin şəxsi heyətinin iştirakı və xüsusi texnika və avadanlıqları cəlb edilməklə quruda və dənizdə "Xəzər-2015" komanda-qərargah təlimi keçiriləcək. FHN-dan SİA-ya verilən məlumata görə, təlim Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Bakı şəhəri, Qaradağ rayonunda yerləşən Dalğıc və Qəza-xilasetmə İşləri İdarəsi və Kompleks Qazma İşləri Trestinin ərazisində keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB