İSESKO-nun İcraiyyə Şurasının 36-cı sessiyası keçirilir

İSESKO-nun İcraiyyə Şurasının 36-cı sessiyası keçirilir

Bakıda İSESKO-nun İcraiyyə Şurasının 36-cı sessiyası öz işinə başlayıb. SİA-nın verdiyi məlumata görə, tədbirdə beynəlxalq təşkilat və xarici ölkələrin yüksək səviyyəli nümayəndələri, mədəniyyət və təhsil nazirləri, diplomatlar iştirak edir.

Məlumatda bildirilir ki, İcraiyyə Şurası Asiya, Afrika və Ərəb regionlarını əhatə edən 52 üzv dövlətin nümayəndəsindən ibarət olmaqla ildə bir dəfə öz toplantısını keçirir. Toplantıda baş direktorun təşkilatın proqramı və fəaliyyəti ilə bağlı inkişaf üzrə tərəqqi hesabatı, maliyyə hesabatı nəzərdən keçiriləcək, İSESKO büdcəsinə üzv dövlətlərin maliyyə töhfələri qiymətləndiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə