Nəsimi Paşayev metroda yaranan problemə aydınlıq gətirib AÇIQLAMA
"Həzi Aslanov" - "Dərnəgül" istiqaməti üzrə hərəkət edən 42 saylı marşrut "N.Nərimanov" stansiyasında nasaz idi. Sadəcə olaraq ondan sonra gələn 15 saylı "Həzi Aslanov" – "İçəri Şəhər" stansiyasına gedən marşrut qatarı tuneldə qalmışdı". Bunu SİA-ya "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev metro qatarında yaranan nasazlığa aydınlıq gətirərkən deyib.
Onun sözlərinə görə, qatarda yaranan nasazlıq bu gün saat 09:15 radələrində olmuşdu: "Tuneldə qalan heç bir qatar yoxdur. 42 saylı marşrut nasaz olduğu üçün arxadan gələn qatarlar yavaş hərəkət edirdi. Burada başqa hər hansı bir problem yoxdur. 42 saylı marşrut qatarı 10 dəqiqə gecikmişdi. Hazırda hərəkət tam bərpa olunub".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB