Əbülfəs Qarayev Təşkilat Komitəsinə sədrlik edəcək

Əbülfəs Qarayev Təşkilat Komitəsinə sədrlik edəcək

BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu Bakıda keçiriləcək. Forum barədə detalları açıqlayan mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ölkəmizə gələcək qonaqların sayını da açıqlayıb: "Gələn liin 25-27 aprelində BMT sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu Bakıda keçiriləcək. Forumda 3 minə yaxın qonağın işitrakı gözlənilir. Gələcəyi gözlənilən qonaqlar içərisində tanınmış adamlar - siyasətçilər, alimlər, din və incəsənət xadimləri olacaq".

Prezident İlham Əliyev Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun Bakı şəhərində keçirilməsi ilə bağlı Təşkilat Komitəsinin yaradılması haqqında sərəncam imzalayıb.

Təşkilat Komitəsinə Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev sədrlik edəcək.

Təşkilat Komitəsinin üzvləri:

Nadir Hüseynov – Azərbaycan Respublikası xarici işlər nazirinin müavini

Oruc Zalov – Azərbaycan Respublikası daxili işlər nazirinin müavini

Əli Şəfiyev – Azərbaycan Respublikası milli təhlükəsizlik nazirinin müavini

İlqar Fətizadə – Azərbaycan Respublikası maliyyə nazirinin birinci müavini

İltimas Məmmədov – Azərbaycan Respublikası rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini

Firuddin Qurbanov – Azərbaycan Respublikası təhsil nazirinin müavini

İntiqam Babayev – Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini

Elsevər Ağayev – Azərbaycan Respublikası səhiyyə nazirinin müavini

Musa Pənahov – Azərbaycan Respublikası nəqliyyat nazirinin müavini

Sevda Məmmədəliyeva – Azərbaycan Respublikası mədəniyyət və turizm nazirinin müavini

Əsgər Abdullayev – Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini

Gündüz İsmayılov – Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini

Sədaqət Qəhrəmanova – Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə
Dövlət Komitəsi sədrinin müavini

Pərviz Musayev – Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti rəisinin müavini

Fərhad Tağızadə – Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti rəisinin müavini

Samir Nuriyev – Azərbaycan Respublikası Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-
Memarlıq Qoruğu İdarəsinin rəisi

Əfqan Şahmarov – Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinin rəisi

Arif Məmmədov – "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinin vitse-prezidenti

Adil Kərimli – Heydər Əliyev Mərkəzinin direktorunun birinci müavini

Vasif Eyvazzadə – Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri, Təşkilat Komitəsinin katibi

Bütün xəbərlər Facebook səhifəmizdə