Yol vergisi Rusiya sürücülərində etiraza səbəb olub

Yol vergisi Rusiya sürücülərində etiraza səbəb olub

Rusiya Federasiyasının yol vergisi ilə bağlı ölkə qanunveiciliyində həyata keçirdiyi yeni düzəlişlər bu ölkədə fəaliyyət göstərən bir sıra nəqliyyat şirkətlərinin etirazına səbəb olub. SİA-nın Şimal bürosunun verdiyi məlumata görə, nəticədə ölkənin nəqliyyat sektorunda fəaliyyət göstərən şirkətlərin bəziləri tətil elan edərək işi dayandır.

Yükdaşımalara təsir edən bu hadisə Azərbaycandan Rusiyaya aparılan kənd təsərrüfatı məhsullarının da daşınmasında problem yaradıb. Beləki, sərhədi maneəsiz şəkildə qarşı tərəfə keçən yüklərin təyinat məntəqələrinə çatdırılmasında əngəllər meydana gəlib.

Məhsulun daşınması ilə məşğul olan şirkət rəhbərləri də bildirir ki, dövlətin köməyi olmadan məsələnin həlli mümkünsüzdüz. Əks təqdirdə tonlarla məhsul xarab ola bilər.

Dövlət Gömrük Komitəsindən isə bildirilir ki, ölkənin Rusiya ilə sərhəddə yerləşən gömrük-keçid məntəqələrinin fəaliyyətində hərhansı problem yoxdur və gömrük-keçid məntəqələri müəyyən olunan qrafik əsasında gömrük nəzarəti işini həyata keçirir. Bununla belə yaranmış problemin həlli ilə bağlı Dövlət Gömrük Komitəsi rəsmi olaraq Rusiya Federasiyası Federal Gömrük Xidmətinə müraciət edib.

Emin Kerimov

Bütün xəbərlər Facebook səhifəmizdə