Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun (AzGF) maliyyə, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) və Azərbaycan Dövlət Rəssamlıq Akademiyasını Tələbə Gənclər Təşkilatının (ADRATGT) təşkilati dəstəyi ilə "Torsada Dekorativ Motiv " layihəsinin ilk sərgisinə start verilib. Təşkilatın mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, "Torsada Dekorativ Motiv" layihəsinin məqsədi dekorativ tətbiqi sənət sahəsinin bir qolu olan keramika ixtisasına, keramika qabların, heykəl və fiqurların hazırlanmasına gənc rəssamların, keramistlərin diqqətini cəlb etməkdir.
Qeyd edək ki, gənc rəssam və keramistlər bu sahədə olan əl işlərinin sərgilənməsi, məlumatlandırılması üçün iki gün ərzində sərgilər keçiriləcək və sonda layihə çərçivəsində hazırlanmış keramika sahəsinə aid juranlın təqdimatı təşkil olunacaq.
.jpg)

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB