Azərbaycan-Latviya işgüzar görüşü keçiriləcək

Azərbaycan-Latviya işgüzar görüşü keçiriləcək

İqtisadiyyat və Sənaye Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (Azpromo) və Latviya İnvestisiyalar və İnkişaf Agentliyinin (LİİA) birgə təşkilatçılığı ilə noybarın 25-də Bakıda Azərbaycan-Latviya işgüzar görüşü keçiriləcək. SİA-nın xəbərinə görə, Azpromo-dan verilən məlumatda bildirilir ki, tədbirə İKT, qida məhsullarının istehsalı, logistika, maliyyə, tibb və əczaçılıq, turizm, təhsil, layihələndirmə və arxitektura, orqanik gübrə istehsalı və digər sahələrdə fəaliyyət göstərən 20-yə yaxın Latviya şirkətinin qatılacağı gözlənilir.

Tədbirdə iştirakda maraqlı olan Azərbaycan iş adamları Azpromo-ya müraciət edə bilər.

Bütün xəbərlər Facebook səhifəmizdə