Fransa Respublikasının Kolmar şəhəri ilə Azərbaycan Respublikasının Şəki şəhəri arasında qarşılıqlı dostluq və əməkdaşlıq xartiyası imzalanıb. Mərasimində Kolmar şəhərinin meri Jilber Meyer qeyd edib ki, bu xartiyanın imzalanması tərəflər arasında əməkdaşlıq əlaqələrinin qurulması istiqamətində aparılmış müzakirələrin nəticəsidir.

Kolmar şəhər merinin başçılıq etdiyi nümayəndə heyətinin 2013-cü ildə Şəki şəhərinə səfərindən danışılaraq iki şəhər arasında olan oxşar cəhətlər vurğulanıb.
İmzalanma mərasimində Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov noyabrın 13-də Parisdə törədilən terror aktları qurbanlarının ailə üzvlərinə başsağlığı verib, yaralananlara şəfa diləyib.
E. Usubov Şəkinin tarixi –memarlıq abidələri, o cümlədən Xan sarayı haqqında ətraflı məlumat verərək onun festivallar şəhəri olduğunu və keçən il 4 festivala ev sahibliyi etdiyini diqqətə çatdırıb.
Fransa ilə Azərbaycan arasındakı ikitərəfli münasibətlərə toxunan E. Usubov bu xartiyanın Azərbaycan Prezidenti İlham Əliyevin apardığı xarici siyasətin uğurlu nəticəsi olduğunu qeyd edib.

O, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın milli mədəni irsimizin qorunub saxlanmasına verdiyi töhfələrdən danışaraq onun təşəbbüsü ilə Şəkidəki "Yuxarıbaş" Dövlət Tarix-Memarlıq Qoruğunun UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilməsi istiqamətində görülən işləri vurğulayıb.
Fransa -Qafqaz Dostluq qrupunun rəhbəri, senator Andre Rişar və Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov imzalanacaq xartiyanın əhəmiyyətinə toxunaraq onun iki ölkə arasındakı əlaqələrin inkişafına töhfə verəcəyinə əmin olduqlarını bildiriblər.
Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov və Kolmar şəhərinin meri Jilber Meyer dostluq və əməkdaşlıq xartiyasını imzalayıblar.
Qeyd edək ki, qaydaya əsasən, bu il mayın 20-də Şəki şəhərində imzalanan xartiya qarşılıqlı olaraq Kolmar şəhərində də imzalanmalı idi.
Xartiyanın məqsədinin iki şəhər arasında dostluq əlaqələrini inkişaf etdirmək, görüşlər və mübadilələr vasitəsilə mədəniyyət, turizm və iqtisadi sahədə ikitərəfli əlaqələrə təkan vermək olduğu bildirilib.
Xartiya çərçivəsində Kolmarda təşkil olunan Milad bayramı bazarında Azərbaycan da öz köşkləri ilə iştirak edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB