Fransanın Azərbaycanda yeni təyin olunmuş səfiri xanım Orelia Buşez noyabrın 19-da jurnalistlərlə görüşündə fəaliyyətini ölkəmizdə davam etdirməkdən çox şad olduğunu deyib. Səfir bildirib ki, Azərbaycanda fəaliyyət göstərmək onun üçün böyük önəm daşıyır.
Səfir ölkələrimiz arasında müxtəlif sahələrdə yaxşı münasibətlərin olduğunu qeyd edib, yüksək səviyyəli qarşılıqlı səfərləri bunun göstəricisi kimi dəyərləndirib. Fransada törədilmiş terror aktları ilə əlaqədar Azərbaycan dövləti, xalqı tərəfindən çoxsaylı başsağlıqları aldıqlarını deyən səfir bu ağır günlərində Fransa xalqının yanında olduğuna görə dövlətimizə, xalqımıza minnətdarlığını bildirib.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən danışan diplomat rəsmi Parisin hər zaman Azərbaycanın haqq işini dəstəklədiyini deyib.
Səfir müxtəlif sahələrdə, o cümlədən turizm, nəqliyyat, ekologiya sahələrində əlaqələrin daha da genişləndirilməsi istiqamətində əməkdaşlığın davam etdirildiyini söyləyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB