Dünən Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatında partiyanın yaranmasının 23-cü ildönümü münasibəti ilə "Müasir Azərbaycanın dövlətçilik tarixində YAP-ın əhəmiyyəti" mövzsunda tədbir keçirilib. Tədbiri giriş sözü ilə YAP Masallı rayon təşkilatı aparatının rəhbəri Fəxrəddin Eyvazov açaraq həmfikirlərini YAP-ın yaranmasının 23-cü ildönümü münasibətilə təbrik edərək, partiyanın Azərbaycan dövlətinin tarixində oynadığı roldan söz açaraq regionun ən böyük və mütəşəkkil siyasi təşkilatı olduğunu söyləyib.
YAP Masallı rayon təşkilatı gənclər birliyinin sədri Məmmədhüseyn Hüseynov YAP-ın ötən 23 il ərzində şərəfli yol keçdiyini, 1991-1993-cü illər ərzində hakimiyyətdə olan səriştəsiz qüvvələrin yanlış siyasətinin ölkədə xaos, hərc-mərcliyə yol açdığını bildirib. Natiq qeyd edib ki, Azərbaycan dövlət müstəqilliyinin itirilmə təhlükəsi ilə qarşı-qarşıya qalmışdı. Məhz həmin dövrdə Azərbaycan xalqı dövlətin xilası üçün Ulu Öndər Heydər Əliyevə üz tutub. M.Hüseynov 91 nəfər ziyalının imzası ilə YAP-ın yaradılması və Ümummilli Liderin bu siyasi təşkilata rəhbərlik etməsi ilə bağlı müraciətin Ulu Öndər Heydər Əliyevə ünvanlandığını söyləyib. Bildirilib ki, Ulu Öndər Heydər Əliyevin yaratdığı YAP müasir Azərbaycanın inkişafının əsas dəstəkçisinə çevrilib.
Tədbirdə YAP Masallı rayon təşkilatı gənclər birliyinin üzvü Sarxan Əhmədov, partiya fəallarından Səməd Vəkilli, Rauf Cahangirov, Elşad Hüseynov, Əli Məmmədli və başqaları bu partiyanın qələbələr partiyası olduğunu vurğulayaraq, gənc nəsilin YAP-ın Sədri, Prezident İlham Əliyevin apardığı siyasi kursu birmənalı şəkildə dəstəklədiklərini bildiriblər.
Sonda tədbir iştirakçıları ilə xatirə şəkili çəkilib.
A.SƏMƏDOVA
.jpg)

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB