Lerikdə Həmzə Şıxəliyevin 100 illik yubileyi qeyd edildi FOTOLAR
Qəlbi vətən sevgisi ilə döyünən fədakar insanların fəaliyyətini təbliğ etmək çox mühüm bir missiyadır. Belə tədbirlərdən biri də Lerikdə baş tutub. SİA-nın Cənub bürosunun məlumatına görə, Böyük Vətən müharibəsində Mazdokdan Berlinə qədər döyüş yolu keçmiş Həmzə Şıxəliyevin 100 illik yubileyinə həsr olunmuş tədbirə rayon rəhbərliyi, ictimaiyyət nümayəndələri qatılıblar. Tədbirdə qeyd olunub ki, 1941-ci ildə ordu sıralarına çağırılan qəhrəman lerikli döyüşçü 1942-ci ildə Tiflisdə hərbi məktəbi bitirdikdən sonra birbaşa ön cəbhələrdə döyüşə atılıb. Ukraynanın və Moldovanın azad edilməsində, Polşa və Almaniyada gedən vuruşlarda xüsusi mərdlik nümunəsi göstərib. Reyxstaqın alınmasında da şəxsi igidlik göstərən Həmzə Şıxəliyev "Lenin ordeni"nə layiq görülüb.

Çıxış edən Qəhrəmanın həmyerliləri bildirdilər ki, o təkcə müharibə illərində deyil, doğma Lerik rayonuna qayıtdıqdan sonra fəaliyyət göstərdiyi bütün sahələrdə fərqlənib və ictimai işlərdə daim ön sıralarda olub. Doğma Lerikin inkişafı üçün əlindən gələni əsirgəməyən bu böyük vətənpərvər yaşadığı ləyaqətli ömür yolu ilə həmişə başqalarına nümunə olub. Dəfələrlə orden və medallara layiq görülüb. Onun bütün həyat fəaliyyəti bu günki gənc nəsil üçün də gözəl bir örnəkdir. Bu səbəbdən də Həmzə Şıxəliyevin xatirəsi bu gün də böyük ehtiramla anılır və hazırda Lerikin mərkəzi küçələrindən biri onun adını daşıyır.

Sərraf Mirsəfəroğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB