AMEA-nın 4 institutunda imtahan keçirilir

AMEA-nın 4 institutunda imtahan keçirilir

Azərbaycan milli Elmlər Akademiyasının (AMEA) bir neçə institutunda müvafiq ixtisas fənləri üzrə doktoranturaya qəbul imtahanları keçirilib. AMEA-dan SİA-ya verilən xəbərə görə, imtahanlar Fizika, Riyaziyyat və Mexanika, Mikrobiologiya, Torpaqşünaslıq və Aqrokimya institutlarında olub.

AMEA prezidenti Akif Əlizadə, AMEA-nın akademik-katibi Rasim Əliquliyev, AMEA-nın Elm və Təhsil İdarəsinin rəisi Əminağa Sadıqov imtahan prosesinin gedişi ilə maraqlanmaq üçün əvvəl Fizika, sonra isə Riyaziyyat və Mexanika institutlarına baş çəkiblər.

Xatırladaq ki, AMEA-da doktoranturaya qəbul imtahanları dekabrın 10-dək keçirilməlidir.

Bütün xəbərlər Facebook səhifəmizdə