Gənclər üçün Təhsil Mərkəzinin Qarabağ Regional Ofisi tərəfindən Ağcabədi rayonunda "Qarabağ Regional Uşaq Forumu" keçirilib. Mərkəzdən SİA-ya verilən xəbərə görə, Ağcabədi rayon İcra Hakimiyyətinin təşkilati dəstəyi ilə baş tutan Forumda rayonun təhsil işçiləri, məktəblilər, xüsusi qayğıya ehtiyacı olan və valideyn himayəsindən məhrum olmuş, habelə qaçqın və məcburi köçkün uşaqlar yaxından iştirak ediblər.
Rəsmi açılış mərasimində çıxış edən Mərkəzin icraçı direktoru Fəxrəddin Həsənzadə Forumun əhəmiyyətini vurğulayaraq, Azərbaycanda uşaqlarla bağlı həyata keçirilən uğurlu dövlət siyasətindən danışıb. O, uşaq hüquqlarının müdafiəsi sahəsində ölkəmizdə qəbul olunan qanunvericilik aktları barədə məlumat verərək, təhsil müəssisələrində uşaqların öz hüquqlarını dərindən mənimsəmələri sahəsində mütəmadi olaraq həyata keçirilən maarifləndirmə tədbirlərinin vacibliyini qeyd edib. Forumun Qarabağ regionunda keçirilməsinin önəmini vurğulayan F.Həsənzadə bildirib ki, müasir tarixdə ən çox hüquqları pozulan uşaqlar Qarabağ bölgəsinin uşaqlarıdır. Əzəli torpaqlarımızın işğalı 12000-dən çox uşağı öz yurdundan didərgin salmış, ermənilərin torpaqlarımıza təcavüzü nəticəsində 169 nəfər uşaq əsir, 53 nəfər uşaq isə itkin düşüb. Ümudvarıq ki, beynəlxalq hüquq nə vaxtsa Azərbaycan uşağının da pozulmuş hüquqlarının bərpasına səy göstərəcək.
Daha sonra Rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası rayon təşkilatının nümayəndələri və Mərkəzin Qarabağ Regional Ofisinin rəhbəri Radə Qafarova da çıxış edərək, uşaq hüquqlarının müdafiəsi ilə bağlı görülən işlərdən və qarşıda duran vəzifələrdən danışıblar.
Tədbirin rəsmi açılışından sonra uşaqların ifasında rəqs və musiqi nömrələri, uşaq hüquqlarından bəhs edən səhnəciklər nümayiş etdirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB