Nişan görünmür, sürücülər isə cərimələnir

Bəs belə hallar qanunla necə tənzimlənməlidir?
Nişan görünmür, sürücülər isə cərimələnir

Yol nişanı elə yerləşdirilib ki, sürücülər onu görmür, nəticədə qaydanı pozur və cərimələnir. Əslində bu hal necə tənzimlənir? Əgər yol nişanını aydın görünəcək formada yerləşdirilmirsə sürücüləri buna görə cərimələmək olarmı?

Dayanma və durma qadağandır nişanı qoyulsada sürücülər bu nişanı görmürlər. Nəticədə də yolun kənarında avtomobili park edən sürücüləri yol polisi 20 manat miqdarında cərimələyir

Görüntülər Paytaxtın Neftçilər prospekti ilə Rixard Zorge küçəsinin kəsişməsindəndir. Belə ki, Neftçilər prospektindən Rixard Zorgi küçəsi istiqamətinə hərəkət edən sürücülər üzü Neftçilər prospekti tərəfə qoyulan dayanmaq və durmaq qadağandır nişanını görmürlər.

Ekspertlər isə deyir ki,həmin prospektdə qoyulan bu nişan yol hərəkəti haqqında qanunun tələblərinə uyğun tətbiq olunmayıb. Əslində isə dayanma və durma qadağandır nişanı ilə yanaşı orada xüsusi istiqamətləndirici löhvədə qoyulmalıdır.

Qanunvercilikdə hansı hallarda sürücünün cərimə ödməməmli olduğu da aydın göstərilir. Ekspertlər də bildirir ki konkret bu halda sürücülər cərimə öədməməlidir.

Bütün xəbərlər Facebook səhifəmizdə