ABŞ-la elmi əlaqələr genişlənir

Ölkəmizdə səfərdə olan ABŞ-ın "Smithsonian" Təbiət Tarixi Milli Muzeyinin aparıcı tədqiqatçı antropoloqu, muzeyin Asiyanın mədəni tarixi proqramının direktoru Pol Teylor, bu ölkənin bir qrup alim və mütəxəssisi Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda olublar.

İnstitutdan bildiriblər ki, görüşdə bu elm müəssisəsinin direktoru, akademik Teymur Kərimli qonaqlara Azərbaycan əlyazmaşünaslığının tarixi barədə məlumat verib. O, institutun əlyazmaların araşdırılması sahəsində dünyanın bir çox muzey, kitabxana və tədqiqat müəssisələri ilə əlaqələrindən söz açıb. Bildirilib ki, Əlyazmalar İnstitutu ABŞ-ın elmi tədqiqat mərkəzləri ilə əməkdaşlıq qurmaqda maraqlıdır.

Qonaqlar Bakı-Tiblisi-Ceyhan neft boru kəməri boyunca arxeoloji, etnoqrafik abidələrin elektron xəritəsinin və məlumat toplusunun hazırlanması sahəsində azərbaycanlı tədqiqatçılarla əməkdaşlığın uğurlu nəticələrindən danışıblar.

Sonra amerikalı mütəxəssislər institutun ekspozisiya zalında əlyazmaların elektron versiyaları, mulyajları və kataloqlaşdırılmış materiallarla tanış olublar.

Bütün xəbərlər Facebook səhifəmizdə