Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov noyabrın 18-də Türkiyə Respublikasının Quru Qoşunlarının komandanı ordu generalı Salih Zəki Çolak ilə görüşüb. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, qonağı səmimiyyətlə salamlayan nazir Kəmaləddin Heydərov ölkəmizdə fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində görülən işlərdən, bu sahədə dost və qardaş Türkiyənin müvafiq qurumları ilə əməkdaşlıqdan bəhs edib.
Ordu generalı Salih Zəki Çolak səmimi görüşə görə təşəkkürünü bildirib, rəhbərlik etdiyi Türkiyə Respublikası Quru Qoşunlarının aidiyyəti qurumlarının Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin müvafiq qurumları ilə sıx əməkdaşlıqda maraqlı olduğunu bildirib.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
Görüşdən sonra qonaq nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin Böhranların idarə edilməsi zalının fəaliyyəti ilə tanış olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB