Bakı şəhəri Sabunçu rayonunun təbii qaz təchizatında məhdudiyyətlər olacaq. "Azəriqaz" İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya verilən məlumata görə, yeni çəkilmiş qaz kəmərlərinin qaz təchizatı mənbəyinə birləşdirilməsi və abonentlərin təbii qaza olan tələbatının yaxşılaşdırılması məqsədilə qaz kəməri üzərində qaztənzimləyici avadanlığın quraşdırılması üçün noyabrın 18-də saat 09:00-dan işlər yekunlaşanadək Sabunçu rayonunun Pirşağı, Kürdəxanı, Nardaran qəsəbələrində və 2 saylı sovxoz ərazisində təbii qazın verilişində fasilələr yaranacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB