Bakı Dövlət Universitetində (BDU) bu ali məktəbin tələbə həmkarlar ittifaqı komitəsinin (THİK) təşkilatçılığı ilə 17 noyabr– Beynəlxalq Tələbə Gününə həsr olunan tədbir keçirilib. BDU-dan bildiriblər ki, tədbirdə THİK-nin sədri Daşqın Qənbərov Beynəlxalq Tələbə Gününün yaranma tarixindən danışıb.
Ölkəmizdə gənclərə, onların təhsilinə böyük diqqət və qayğı göstərildiyini qeyd edən D.Qənbərov "Doktorantlara, ali təhsil, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin tələbələrinə və şagirdlərinə verilən təqaüdlərin artırılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 30 avqust tarixli Sərəncamında dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamının əhəmiyyətini vurğulayıb.
Sərəncamın gənclər və tələbələr tərəfindən dərin rəğbətlə qarşılandığını diqqətə çatdıran D. Qənbərov, eyni zamanda, THİK-nin reallaşdırdığı layihələr barədə məlumat verib.
Digər çıxış edənlər də gənclərə göstərilən qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB