"İpoteka kreditinin məbləği 100 min manatadək artırıla bilər". Bu sözləri SİA-ya açıqlamasında əmlak məsələləri üzrə ekspert Elşad Əliyev deyib. O, İpoteka Fondunun Açıq Səhmdar Cəmiyyətə çevrilməsinin əmlak bazarındakı durğunluğa nə dərəcədə təsir edəcəyindən danışıb.
Ekspertin sözlərinə görə, istənilən halda əmlak bazarındakı durğunluğu aradan qaldırmaq üçün ipotekanın həcmində müəyyən dəyişiklik etmək lazımdır: "Bazara təsir istiqamətləri mövcuddur. Birincisi verilən ipotekanın həcmini qaldırmaqdır. Əgər həcm eyni qalsa bunun bazara heç bir təsiri olmayacaq. Bazara təsir edə bilmək üçün verilən ipotekanın həcmində müəyyən artım olmalıdır. Yalnız bu artımdan sonra bazarda hazırkı şəraiti dəyişmək olar. Əgər həcm artmasa, heç bir fərq nəzərə çarpmayacaq.
İndiki şərtlərə görə kreditin maksimum məbləği 50 min manatdır. Bu vəsaitə yalnız ucuz mənzillər alına bilər.
Deyilənə görə, hazırkı məbləğ 2 dəfəyədək yəni 100 min manatadək artırıla bilər. Bu halda dövriyyəyə daha bahalı və keyfiyyətli mənzillər daxil olacaq".
Elşad Əliyev bildirib ki, mənzil bazarındakı durğunluğu ipoteka şərtlərinin çox olması ilə də bağlamaq olar: "Burada müəyyən konkretlik tətbiq etmək və şərtləri sadələşdirmək lazımdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB