MSK-nın növbəti iclası keçirilib

MSK-nın növbəti iclası keçirilib

Bu gün Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib. MSK Katibliyinin media və ictimai əlaqələr şöbəsindən bildiriblər ki, iclasda ərizəçilərin və digər maraqlı tərəflərin iştirakı ilə Azərbaycan Respublikasının Milli Məclisinə 2015-ci il noyabrın 1-də keçirilmiş seçkilərlə bağlı Mərkəzi Seçki Komissiyasına daxil olmuş müraciətlərə baxılıb.

Komissiya üzvlərinin müzakirəsindən sonra müraciətlərlə əlaqədar müvafiq qərarlar qəbul edilib.

Kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirak etdikləri iclasda cari məsələlərə də baxılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə