Gəncədə "Yehova şahidləri" dini cərəyanının təbliği məşğul olan şəxslər məsuliyyətə cəlb olunub. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, Gəncə şəhər Baş Polis İdarəsi ilə Kəpəz rayon Polis İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbiri nəticəsində Gəncə şəhərində "Yehova şahidləri" kimi tanınan dini cərəyanın təbliği ilə məşğul olan 5-i azyaşlı olmaqla, 27 nəfər saxlanılıb. Əhməd Cavad küçəsi 47 saylı mənzildə dini ayinlərin yerinə yetirilməsi zamanı saxlanılanlar Kəpəz Rayon Polis İdarəsinə gətirilib. Azərbaycanda bu təşkilat Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin qeydiyyatından keçməyib. Dini təşkilatın ölkədə təbliği qanunla qadağan edilib.
Qeyd edək ki, şəxslər barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 299.2-ci maddəsi ilə protokol tərtib edilib. Onlar məhkəmə qarşısına çıxarılacaq.


İlham Məmmədzadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB