Nəcəf Novruzov: “Gənclərimizdə xalqımıza və dövlətimizə sadiqlik tərbiyəsi formalaşıb” MÜNASİBƏT
"İlk növbədə onu qeyd etmək istəyirəm ki, bu gün ölkəmizdə gənclər cəmiyyətin aparıcı bir qüvvəsinə çevrilmişdir. Dövlətimizin apardığı gənclər siyasəti əsasında bu gün yüksək intellektual, vətəninə, millətinə sadiq gənclərimiz yetişmişdir". Bu fikirləri SİA-ya Nərimanov rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov bəzi dini-radikal qrupların gəncləri öz təsiri altına salmaq istəyi ilə bağlı məsələyə münasibət bildirərkən deyib.
Nəcəf Novruzov qeyd edib ki, gənclərimizin uğurlarını, dövlətimizin gənclərə olan diqqətini görən düşmən dövlətlər müxtəlif vasitələrlə, o cümlədən din pərdəsi altında gənclərimizi yoldan çıxarmağa çalışırlar və bu hallar tez tez baş verəcəkdir:
"Bunun qarşısını almaq üçün dövlətimiz və şəxsən Cənab Prezidentimiz tərəfindən gənclərə diqqət və qayğı göstərilir. Buna misal olaraq, Cənab Prezidentimizin şəxsi təşəbbüsü ilə yaradılmış Gənclər Fondu gənclərimizin minlərlə fərdi layihəsini həyata keçirmiş, hər il gənclər mükafatının verilməsi, gənclər üçün güzəştli ipotekaların verilməsi, dövlət hesabına təhsil, son günlərdə imzalanmış, hətta ödənişli əsaslarla təhsil alan tələbə gənclərin də faydalanacağı təqaüd haqqında sərəncamı qeyd etmək olar".
İdarə rəisi həmçinin bildirib ki, bütün bu neqativ halların, təxribatların başında Azərbaycanın inkişafını gözü götürməyən, ölkəmizdə olan sabitliyi, əminamanlığı istəməyən xarici qüvvələr dayanır: "Hesab edirəm ki, o xarici qüvvələr niyyətlərinə çata bilməyəcəklər. Çünki Azərbaycanın güclü dövləti, güclü Prezidenti, milli mənəvi dəyərlər əsasında formalaşan, xalqımıza və dövlətimizə sadiqlik tərbiyəsi alan gəncləri var".
Tofiq Rəfailoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB