Şəhərin müxtəlif ərazilərində qayda pozuntularına yol verən sükan sahibləri aşkarlanaraq, cərimələnib. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, Gəncədə yol polisinin keçirdiyi reyd əsasən avtomobili sərxoş halda və ya sənədsiz idarəetmə, avtomobillərin konstruksiyasında qanunsuz dəyişikliyə yol vermə, əlavə səs siqnalları, işıqlar, eyni zamanda görməni məhdudlaşdıran pərdə və plyonkalardan istifadə hallarına qarşı təşkil olunub. Şəhərin Nizami və Atatürk prospektində keçirilən reyd zamanı qeyd olunan qayda pozuntularına yol verən xeyli sayda sürücü aşkar edilib. Saxlanılan sürücülərdən əksəri yerində cərimə olunub. 12 nəqliyyat vasitəsi istismarı dayandırılaraq cərimə meydançasına aparılıb. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən avtomobillərdə pərdə və plyonkalardan istifadəyə icazə müddəti başa çatıb. Bu səbəbdən yol polisi əməkdaşları bu qaydaya əməl etməyən sürücülərə qarşı reydləri davam etdirəcək.
Məlumat üçün bildirək ki, standartlara uyğun olaraq nəqliyyat vasitələrində pərdə və plyonkalardan istifadə müddəti mayın 1-dən noyabrın 15-ə kimidir.


İlham Məmmədzadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB