Noyabrın 16-da Təhsil, Elm və Mədəniyyət məsələləri üzrə Birləşmiş Millətlər Təşkilatının (UNESCO) yaradılmasından 70 il keçir. UNESCO 1945-ci il noyabrın 16-da yaradılıb.
UNESCO-nun Nizamnaməsi 1945-ci il noyabr ayında Londonda keçirilən konfransda qəbul edilib və bu sənədi imzalamış 20 dövlət tərəfindən onun qəbul edilməsi barədə aktlar saxlanmaq üçün təhvil veriləndən sonra, 1946-cı il noyabrın 4-də qüvvəyə minib.
Hazırda 195 dövlət bu təşkilatın həqiqi üzvüdür. Bundan əlavə, UNESCO-nun 10 assosiasiyalı üzvü var. Təşkilatın qərargahı Parisdə (Fransa) yerləşir. UNESCO-nun baş direktoru Bolqarıstanın sabiq xarici işlər naziri İrina Bokovadır.
UNESCO-nun əsas məqsədi - ədalətə, qanuna, habelə Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsində irqindən, cinsindən, dilindən və dinindən asılı olmayaraq bütün xalqlar üçün elan edilmiş insan hüquqlarına və əsas azadlıqlara ümumi hörmətin təmin edilməsi naminə xalqların təhsil, elm və mədəniyyət sahəsində əməkdaşlığını genişləndirmək yolu ilə sülhün və təhlükəsizliyin möhkəmlənməsinə kömək etməkdir.
UNESCO-nun baş konfransı iki ildə bir dəfə keçirilir və həmin konfransda Təşkilatın üzvü olan bütün dövlətlərin nümayəndələri iştirak edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB