Lənkəranda “Qarışıq mövzularla təqdimat”ların müsabiqəsi keçirilib
Lənkəran şəhər Gənclər Evində Tələbə Gənclər Təşkilatları ilə birgə qarışıq mövzular üzrə hazırlanmış təqdimatların müsabiqəsi keçirilib. SİA-nın Cənub bürosunun məlumatına görə, müsabiqədə xüsusi istedadı və bacarığı olan gənclər 3 dəqiqə ərzində hazırladıqları əl işləri və təqdimatları ilə çıxış edərək əvvəlcədən müəyyənləşdirilmiş 7 nəfərdən ibarət münsiflər heyəti tərəfindən qiymətləndiriliblər. Ümumilikdə 30-dan cox gəncin iştirak etdiyi müsabiqəyə 10 gənc "Şəxsi inkişaf planı", "Doğuş zamanı ana ölümlərinin səbəbləri", "Kompyuter və dünyamız", "Dilsiz təbiətin gözəlliyi", "Rənglər" "Xəstənin gigiyenası" "Zəli ilə müalicə" və s. mövzularda hazırladıqları təqdimatları ilə qatılıb.
Müsabiqədə I yerə Masallı rayonundan qatılan qeyri-adi əl işləri ilə fərqlənən Hüseyn Babazadə, II yerə "Liderlik" mövzusundakı təqdimatı ilə Lənkəran Dövlət Universitetinin tələbəsi Rəşad Hüseynzadə, III yerə gitara haqqında təqdimatı və gitarada ifasıyla Lənkəran Dövlət Universitetinn tələbəsi Babək Cəfərov layiq görülüblər.
Qaliblərə diplom və hədiyyələr təqdim edilib.
Sərraf Mirsəfəroğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB