Lənkəranda yaşıllaşdırma aylığı davam edir FOTOLAR

Lənkəranda yaşıllaşdırma aylığı davam edir FOTOLAR

Lənkəran Şəhər İcra Hakimiyyətinin xətti ilə şəhərdə, kənd və qəsəbələrdə genişmiqyaslı abadlıq, səliqə-sahman işləri görülür. SİA-nın Cənub bürosunun məlumatına görə, həyata keçirilən tədbirlər zamanı yaşıllaşdırma işlərinə geniş diqqət yetirilir.

Lənkəran ŞİH başçısı Taleh Qaraşovun yaşıllaşdırma aylığının keçirilməsi ilə bağlı 26 oktyabr 2015-ci il tarixli 240 saylı sərəncamından sonra ağac əkini kampaniyası daha geniş vüsət almışdır. Sərəncamdan irəli gələn vəzifələr sürətlə icra olunur.

Ağaclara qulluq göstərilir, onların qış mövsumuna hazırlığı ilə əlaqədar bükmə vasitələri tədarük olunur, ağaclar dayaqlarla bərkidilir. Eyni zamanda yeni yaşıllıqlar salınır. Şəhərin park və bağlarında, küçə və xiyabanlarda, magistral yolların kənarlarında kütləvi ağac əkini keçirilir.

Noyabrın 14-də rayonun İcra nümayəndəlikləri, bələdiyyələri, idarə, müəssisə və təşkilatların əmək kollektivləri tərəfindən növbəti dəfə ağac əkini keçirilərək Bakı-Astara magistral yolu boyunca, Hava limanı ərazisində, şəhərdə səkilərin kənarlarında 3 mindən çox müxtəlif növ ağaclar və dekorativ bitkilər əkilmiş, dayaqlarla bərkidilib.

Sərəncamdan ötən müddət ərzində artıq rayon ərazisində ümumilikdə 5500-dən çox təbii meşə ağacları, palıq, dəmir ağacı, akasiya, dekorativ bitkilər və gül kolları əkilib, aqro-texniki qulluq göstərilib və suvarılaraq qorunması təmin olunub.

Yaşıllaşdırma aylığına dair tədbirlər planına uyğun olaraq rayonda ağac əkini davam etdirilir.

Sərraf Mirsəfəroğlu

Bütün xəbərlər Facebook səhifəmizdə