Prezident və xanımı Antalyada rəsmi naharda iştirak ediblər

Prezident və xanımı Antalyada rəsmi naharda iştirak ediblər

Türkiyənin Antalya şəhərində G20 ölkələrinin zirvə görüşü çərçivəsində ali qonaqların şərəfinə nahar verilib. Bu barədə Prezidentin rəsmi saytı məlumat yayıb.

Noyabrın 14-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın və xanımı Əminə Ərdoğanın adından "Böyük İyirmiliyin" (G20) Antalya şəhərində keçirilən sammitində iştirak edən dövlət və hökumət başçılarının, beynəlxalq təşkilatların rəhbərlərinin və onların xanımlarının şərəfinə nahar verilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva naharda iştirak ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə