Fiziki imkanları məhdud olan uşaqlar sevinib

Fiziki imkanları məhdud olan uşaqlar sevinib

"Uşaq hüquqları aylığı" çərçivəsində noyabrın 14-də Zaqatala rayon İncəsənət Məktəbində fiziki imkanları məhdud olan uşaqlar üçün konsert proqramı təşkil edilib. Əvvəlcə rayon icra hakimiyyətinin məsul əməkdaşı Nüşabə Ömərova çıxış edərək, Ümumdünya Uşaqlar Gününə həsr olunan konsertin fiziki imkanları məhdud uşaqların cəmiyyətə fəal inteqrasiya olunması, asudə vaxtlarının səmərəli təşkil edilməsi məqsədi daşıdığını diqqətə çatdırıb.

Vurğulanıb ki, uşaq hüquqlarının qorunması və təbliği cəmiyyətdə əsas yer tutur. Hazırda ölkəmizdə uşaqların sosial müdafiəsinin gücləndirilməsi sahəsində davamlı tədbirlər həyata keçirilir. Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın bu sahədəki yorulmaz fəaliyyəti hamı tərəfindən rəğbətlə qarşılanır və yüksək qiymətləndirilir.

İncəsənət Məktəbi kollektivinin təqdim etdiyi rəngarəng konsert proqramı uşaqların ürəyincə olub.

Bütün xəbərlər Facebook səhifəmizdə