Fransadakı dəhşətli terror hadisələri G20 Antalya Samitinin də gündəmini dəyişdi. SİA-nın verdiyi məlumata görə, bunu iqtisadçı-alim Vüqar Bayramov deyib.
G20 sammitində iştirak etmək üçün hazırda Antaliyada olan iqtisadçı bildirib ki, bu gün G20 çərçivəsində təşkil edilən bütün panellər məhz Fransadakı terror hadisəsinin müzakirəsi ilə başladı: "Fransa Prezidentinin G20 Samitinə qatılmaması Liderlər Samiti üçün arzuolunmaz olmaqla yanaşı, sabah təşkil ediləcək qlobal müzakirələrin ana xətti məhz terrora qarşı mübarizənin gücləndirilməsi olacağı aydınlaşıb. Gözlənilir ki, dünya liderləri Fransada baş verən terror hadisəsi daxil olmaqla qlobal terrorizmə qarşı mübarizəninin genişləndirilməsi metodlarını önə çəkəcəklər. Təbii ki, samitdə digər qlobal məsələlər o cümlədən qlobal iqtisadi durğunluq ilə bağlı problemlər də diqqətdən kənarda qalmayacaq. Bununla yanaşı, Antalya Samitində nəzərdə tutulan bütün tədbirlər davam etməkdədir. Fransadakı terrordan sonra Antalyada, xüsusən Bələk bölgəsində təhlükəsizlik tədbirlərin gücləndirilməsi müşahidə edilir. Hava səmasında helekopterlərin ucuşları davam edir. Dünyanın digər liderlərinin samitdə iştirakı ilə bağlı isə hər hansı dəyişikliyin olacağı gözlənilmir. Bu gün bütün liderlərin Bələk bölgəsinə gələcəyi bildirilir. Bu gün tamamlanacaq Beyin 20 sabahdan müzakirələri artıq Dünya Liderlərinə təslim edəcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB