Fransaya olan uçuşlar təxirə salınacaq? Açıqlama

Fransaya olan uçuşlar təxirə salınacaq? Açıqlama

"Hələ ki, Fransaya olan reyslərin təxirə salınması haqda danışmaq tez ola bilər". Bu sözləri SİA-ya açıqlamasında "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) prezidentinin ictimaiyyətlə əlaqələr üzrə köməkçisi Paşa Kəsəmənski deyib.

O, Fransada olan reyslərlə bağlı heç bir dəyişikliyin olmadığını bildirib: "Fransadan Bakıya gələn təyyarə dünən axşam Parisdən qayıdıb. Fransaya olan növbəti reys isə sabah olacaq. Lakin hələ ki, Fransaya olan reyslərimizdə hər hansı bir dəyişikliyin olacağı gözlənilmir".

Bütün xəbərlər Facebook səhifəmizdə