Ötən gün saat 12:00 radələrində Antalyanın Akdeniz Universitetinin Azərbaycanlı tələbələri Güney Azərbaycana dəstək yürüşü keçiriblər. SİA-nın verdiyi məlumata görə, yürüşdə Türkiyə tələbələri, Axıskalı türklər, Cənubi Azərbaycandan olan tələbələr də iştirak ediblər.
İranın şovinist rejiminə qarşı şüarlar səsləndirilən mitinqdə AzərGənc Təşkilatının nümayəndəsi Turan Nağızadə və universitetin Beynəlxalq Münasibətlər üzrə doktorantı Emin Abbasov çıxış edib. Çıxışında İranın insan haqlarını kobud pozmasını, Azərbaycan türklərinə qarşı irqçi münasibət göstərilməsini pisləyən Emin Abbasov fikrini "Azərbaycan" şeiri ilə tamamlayıb. Daha sonra Azərbaycanın və Türkiyənin dövlət himnləri səsləndirilib, "Cəngi" sədaları ilə mitinqə yekun vurulub.





Emin Abbasov, Türkiyə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB