"G20" qrupuna ("Böyük İyirmilik") üzv və dəvət olunmuş ölkələrin dövlət başçılarının noyabrın 15-16-da Türkiyənin Antalya şəhərində keçiriləcək Zirvə toplantısına yüksək təhlükəsizlik tədbirləri görülür. Bu tədbirlərə ümumilikdə 13 min qanun keşikçisi cəlb olunub. Zirvə tədbirlərinin əhatə olunduğu ərazidə 691 təhlükəsizlik kamerası quraşdırılıb. Onlardan 196-sı hərəkət edən kameradır. Bütün kameralar fasiləsiz olaraq 8 nəzarət məntəqəsindən izlənəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB