240-a yaxın şagird müayinə edilib FOTO

240-a yaxın şagird müayinə edilib FOTO

Gəncədə uşaqların tibbi müayinəsi davam etdirilir. SİA-nın bölgə müxbirinin verdiyi məlumata əsasən bu gün Mehdi Mehdizadə adına 4 nömrəli tam orta məktəbin şagirdləri icbari dispanserizasiyadan keçirilib. 2 nömrəli uşaq poliklinikasının ixtisaslı həkimlərinin apardığı müayinəyə 14-15 yaş arası şagirdlər cəlb olunub. Həkim-pediatrın nəzarəti ilə yeniyetmələr terapevt, allerqoloq, stomatoloq və flüoroqrafik müayinədən keçirilib. Şagirdlərdən qan nümunələri götürülüb. Ümumilikdə 240-a yaxın şagird müayinə edilib.

"Fiziki cəhətdən yaşıdlarından geri qalma, anemiyası olan, hərdən təzyiqi aşağı olan, nevrotik uşaqlar, görməsi zəif olan, hətta zob aşkarlanan şagirdlər də var. Hələ ki belə 6-7 şagird aşkar etmişik"- deyə, 2 nömrəli uşaq poliklinikası baş həkiminin müavini Mənsurə Hacıyeva bildirib.

İlham Məmmədzadə

Bütün xəbərlər Facebook səhifəmizdə