Gənclər Fondunun kollektivi hərbiçilərlə görüşüb FOTO

Gənclər Fondunun kollektivi hərbiçilərlə görüşüb FOTO

Azərbaycan Prezidenti yanında Gənclər Fondunun nümayəndələri 12 noyabr - Konstitusiya Günü münasibətilə Göygöldə ön cəbhədə yerləşən hərbi hissənin əsgərləri ilə görüşüblər. 2011-ci ilin dekabr ayından fəaliyyət göstərən Gənclər Fondunun kollektivi indiyə kimi hərbiçilərlə 8 müxtəlif görüş keçirib.

SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, zabit və əsgərlərin qarşısında çıxış edən fond nümayəndələri Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsi tarixindən, eləcə də bu ali sənədin mahiyyətindən danışıblar. Konstitusiya ilə təsbit olunan hüquq və vəzifələrdən söz açılıb. Azərbaycan Prezidenti yanında Gənclər Fondunun kollektivi əsgərlərə gətirdiyi yun corab, əlcək, digər isti geyimləri, həmçinin idman ləvazimatlarını onlara təqdim edib. Sonda qonaqlarla hərbçilər arasında şahmat, dama və domino üzrə yoldaşlıq görüşü keçirilib.

İlham Məmmədzadə

Bütün xəbərlər Facebook səhifəmizdə