Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının nümayəndəsi Samir Mehrəliyev Fransanın Strasburq şəhərində yerləşən Avropa Gənclər Mərkəzində təşkil olunan beynəlxalq tədbirdə iştirak edib. SİA-nın məlumatına görə, "Nifrət Nitqinə Yox Hərəkatı" kampaniyasının koordinatorları və fəallarının III Koordinasiya yığıncağında Azərbaycanla yanaşı 60 ölkədən 100-ə yaxın gənc iştirak edib.
Nazirlər Komitəsinin qərarı ilə 2017-ci ilin dekabr ayına qədər davam edəcək kampaniyanın koordinasiya görüşü 2016-2017-ci illərdə milli və Avropa səviyyəsində Nifrət Nitqinə Yox Hərəkatı üçün strateji addımların müəyyən olmunması məqsədilə təşkil olunub.
Böyük strateji əhəmiyyətə malik olan görüş zamanı iştirakçılar 2016-2017-ci illər üçün görüləcək işlər ilə bağlı fikir mübadiləsi edib, məqsəd və vəzifələrini paylaşıblar. 3 gün davam edən görüşün ilk günü Avropa Şurasında gənclər şöbəsinin müdüri Antje Rozemundun nitqi dinlənilib. Çıxışı zamanı o, kampaniyanın gözləntiləri və strateji istiqamətləri haqqında çıxış edib. İşçi qruplar ilə davam edən tədbirdə,həmçinin online idarəetmə fəaliyyəti, hesabat alətləri və mexanizmləri kimi mövzular ətrafında müzakirələr olunub. Tədbirin sonunda iştirakçıların növbəti illərin strateji istiqamətləri və görüləcək işlər ilə bağlı fikirləri toplanılıb, çıxarılmış qərarlar iştirakçıların diqqətinə çatdırılıb.
Məlumat üçün qeyd edək ki, "Nifrət Nitqinə Yox Hərəkatı" kampaniyası 2012-2014-cü illərdə həyata keçirilən "Gənclərin nifrət nitqinə qarşı onlayn mübarizəsi" layihəsinin bir hissəsidir. Kampaniyanın Azərbaycan üzrə milli əlaqələndiricisi Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasıdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB