Noyabrın 13-də müdafiə sənayesi naziri Yavər Camalov Belarusun Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Qennadiy Axramoviçi qəbul etdi. Müdafiə Sənayesi Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, səfiri salamlayan Yavər Camalov ona diplomatik fəaliyyətində uğurlar arzuladı. Nazir Azərbaycan ilə Belarus arasındakı ikitərəfli münasibətləri yüksək qiymətləndirdiyini vurğuladı.
Yavər Camalov Müdafiə Sənayesi Nazirliyinin fəaliyyəti ilə bağlı səfirə məlumat verdi.
Səfir Qennadiy Axramoviç səmimi qəbula görə minnətdarlığını bildirdi.
Görüş zamanı qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıldı.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB