Danimarka ilə viza rejimi sadələşdiriləcək

Azərbaycan Respublikasının Böyük Britaniyadakı və eyni zamanda Danimarka Krallığındakı səfiri Tahir Tağızadə Kopenhagenə səfəri çərçivəsində bu ölkənin Xarici İşlər Nazirliyinin protokol idarəsinin direktoru xanım Mari-Luiz Overvad ilə görüşüb və öz etimadnaməsinin surətini ona təqdim edib.

Görüşdə ikitərəfli münasibətlərin hazırkı vəziyyəti, siyasi sahədə əməkdaşlıq, Azərbaycan və Danimarka arasında viza rejiminin sadələşdirilməsi imkanları müzakirə olunub.

Səfir T.Tağızadə və danimarkalı diplomat arasında Azərbaycanın Şimali Avropa regionuna yönəlmiş siyasətinin əsas istiqamətləri, Azərbaycan-Danimarka ikitərəfli əməkdaşlığının genişləndirilməsi, ölkəmizdə son illər müxtəlif sahələrdə əldə edilmiş inkişaf, eyni zamanda, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ətrafında fikir mübadiləsi aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə