"300-dən artıq yaşayış məntəqəsi qazla təmin olunacaq". Bu sözləri SİA-ya açıqlamasında "Azəriqaz" İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi İbrahim Kərbəlayev deyib.
Onun sözlərinə görə, bu il qaz təsərrüfatı ilə bağlı xeyli işlər görülüb: "Bu ilin ilk 10 ayı ərzində ölkədə qaz təchizinin yaxşılaşdırılması istiqamətində intensiv işlər aparılıb. Uzun müddət təbii qaz olmayan yaşayış məntəqələri mavi yanacaqla təmin olunub. 2015-ci ilin 10 ayı ərzində "Azəriqaz" İstehsalat Birliyi tərəfindən 271 yaşayış məntəqəsi qazlaşdırılıb, 10 min 534 km qaz xəti yenilənib, 473 km qaz xətti əsaslı şəkildə təmir olunub.
2015-ci ilin 10 ayı ərzində birliyə daxil olmuş müraciətlərə müvafiq olaraq 382 çoxmərtəbəli bina qaz ilə təmin olunub. Ümumilikdə 6 min 312 mənzil qazla təmin olunub".
O qeyd edib ki, hazırda 300-dən artıq yaşayış məntəqəsində tikinti-quraşdırma işləri aparılır: "Noyabrın 7-də Zaqatalanın Mosul kəndinə, noyabrın 11-də isə Kürdəmir rayonunun 3 kəndinə: Könüllü, Şüşün və Öyləqulu kəndləri ilk dəfə olaraq mavi yanacaqla təmin edilib. Hazırda dövlət proqramında nəzərdə tutulan yaşayış məntəqələrinin qazlaşdırılması istiqamətində işlər davam etdirilir.
Ümumilikdə 43 rayon üzrə 300-dən artıq yaşayış məntəqəsində qazlaşma işləri gedir. Hazırda Yevlax, Ağcabədi, Ağdaş, Beyləqan, Biləsuvar, Bərdə, Göyçay, İmişli, Kürdəmir, Neftçala, Saatlı, Sabirabad, Salyan, Ucar, Zərdab, Ağsu, Şamaxı, Qazax, Zaqatala, Qəbələ, İsmayıllı, Oğuz, Şəki, Ağstafa, Daşkəsən, Goranboy, Samux, Gədəbəy, Göygöl, Şəmkir, Tovuz, Tərtər, Fizuli, Yardımlı, Astara, Cəlilabad, Lənkəran, Lerik, Masallı, Quba, Xaçmaz, Şabran, Qusar rayonlarında 300-də artıq yaşayış məntəqəsində tikinti-quraşdırma işləri aparılır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB