Vüqar Bayramov: “Güman ki, ABŞ səfirliyi avtomobil bazasını yeniləmək istəyir" AÇIQLAMA
"Qanunvericiliyə əsasən Azərbaycanda fəaliyyət göstərən beynəlxalq qurumlar, eləcə də səfirliklər öz avadanlıqlarının satılması ilə bağlı hərraclar keçirmək hüququna malikdir. ABŞ səfirliyi də ölkəmizdə akkreditasiya olunmuş qurum olduğu üçün belə hərraclar keçirə bilər". Bu fikirləri SİA-ya açıqlamasında iqtisadçı Vüqar Bayramov deyib. O, hərracların keçirilməsi ilə bağlı öncədən dövlət orqanlarının məlumatlandırılmalı olduğunu qeyd edib: "Dövlət orqanları məlumatlandırıldıqdan sonra, hərracın keçiriləcəyi yer öncədən elan edilməli, satışa çıxarılacaq hər bir avadanlığın, eləcə də avtomobilin öncədən başlanğıc qiyməti müəyyənləşdirilməli, onlar haqqında məlumatlar ictimaiyyətə təqdim olunmalıdır. Satış qiymətləri isə hərrac nəticəsində bəlli olur. Hərracdan sonra satış mütləq rəsmiləşdirilməli, dövlət büdcəsinə rüsum və vergilər ödənilməlidir".
İqtisadçı bildirib ki, ABŞ səfirliyi Azərbaycan qanunvericiliyində nəzərdə tutulan prosedurlara riayət etməklə öz işlənmiş avtomobillərini hərraca çıxarmaq imkanına malikdir: "Çox güman ki, ABŞ səfirliyi avtomobil bazasını yeniləmək istəyir. Ola bilər ki, səfirliyin avtmobillərinin bəzilərinin istismar müddəti onlar üçün başa çatıb. O da mümkündür ki, bəzi əməkdaşlar ölkəni tərk etsin və xidməti avtomobilləri hərraca çıxarılsın".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB